"Fənərbağça" 2024/2025-ci illər mövsümünün çempionu oldu

 "Fənərbağça" 2024/2025-ci illər mövsümünün çempionu oldu

Basketbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünün qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, İstanbul nəhəngləri - "Fənərbağça" və "Beşiktaş" komandalarının çempionluq duelində qalib final seriyasının beşinci oyununda müəyyənləşib.

84:68 hesablı qələbə qazanan "sarı-lacivərdlilər" seriyada 4:1 hesablı üstünlüklə ölkə çempionu adını qazanıblar.