"Neftçi" ukraynalı baş məşqçisi və köməkçisi ilə yollarını ayırdı
"Neftçi" basketbol komandası baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, ukraynalı mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub göstərdikləri xidmətlərə görə onlara minnətdarlığını bildirir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.
Qeyd edək ki, ”Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.
