Azərbaycan klubu çempionat oyununa çıxmaqdan imtina etdi

Azərbaycan klubu çempionat oyununa çıxmaqdan imtina etdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun bu günə planlaşdırılan “Şahdağ Qusar” - “Kür-Araz” qarşılaşması baş tutmayıb.

"Mediasport" xəbər verir ki, buna səbəb İmişli təmsilçisinin təyin edilmiş vaxtda stadiona gəlməməsidir.

Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. 

Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadion olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib.