Azərbaycanda oynamış futbolçu 38 yaşında dünyasını dəyişdi

 Azərbaycanda oynamış futbolçu 38 yaşında dünyasını dəyişdi

Azərbaycanda fəaliyyətini dayandırmış "Muğan" klubunun sabiq futbolçusu Vadim Kriçmar vəfat edib.

"Mediasport" xəbər verir ki, moldovalı futbolçu 38 yaşında xəstəlikdən dünyasını dəyişib.

Keçmiş hücumçu müalicə almaq üçün bir müddətdir İtaliyada yaşayırmış.

Onun onkoloji xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Kriçmar 2009-2011-ci illərdə Salyan təmsilçisinin heyətində 16 oyun keçirib.