AVRO-2029: Azərbaycan yığması Bakıda İrlandiya millisinə uduzdu

 AVRO-2029: Azərbaycan yığması Bakıda İrlandiya millisinə uduzdu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə qrup mərhələsində ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, A qrupunda yer alan yığmamız İrlandiya kollektivini qəbul edib.

Milli Gimnastika Arenasındakı baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 91:73.

Xatırladaq ki, komandamız ilk turda Bakıda İsveçrəyə uduzmuşdu (33:84).

Noyabrın 17-də 3-cü turda rəqibimiz səfərdə İslandiya basketbolçuları olacaqlar.