AFFA-nın cəzalandırdığı klub prezidentinin şikayətinə baxılmadı

AFFA-nın cəzalandırdığı klub prezidentinin şikayətinə baxılmadı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda bu məsələlər müzakirə olunub.

Toplantıda “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev barəsində verilən qərardan şikayətə baxılmasına dair yekun rəy çıxarılıb.

1. “Hypers Guba” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 1 aprel 2025-ci il tarixdə II Liqada XIX tur çərçivəsində keçirilən “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə klub rəsmisinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 400 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 3 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.