Bölgə klubunda radikal dəyişiklik: 12 futbolçu transfer etdilər

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "ASTA Mingəçevir" heyətdə radikal dəyişikliklərə gedib.
"Mediasport" xəbər verir ki, ad və loqosunu dəyişən əyalət təmsilçisi 12 futbolçu ilə müqavilə bağlayıb.
Kənan Quliyev, Rəhim Cəfərli, Qurban Səfərov, Bakari Cayte, Nicat Məmmədov, Seymur Məmmədov, Samir Abdullayev, Rimas Kerimi, Məhəmməd Kadiri, Cabir Əmirli, Məhəmməd Səfərov və Kennet Kalunqa "nur şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.
Xatırladaq ki, liqada yeni mövsüm sentyabrın 13-də başlanacaq.