Azərbaycan klubu Afrikadan daha bir futbolçu transfer etdi - RƏSMİ

 Azərbaycan klubu Afrikadan daha bir futbolçu transfer etdi - RƏSMİ

1-ci liqada yarışan “Şahdağ Qusar” heyətinə daha bir qanalı legioner qatıb.

"Mediasport" xəbər verir ki, şimal təmsilçisi hücumçu Peter Aqblevoru transfer edib.

Forvardla mövsümün sonunadək müqavilə imzalanıb.

Afrikalı karyerası ərzində Ruandanın “Musenza” və “Polis” komandalarında forma geyinib.

Xatırladaq ki, qusarlılar dünən qanalı Kvaku Acei ilə də anlaşıblar.