"Karvan" heyətini özbəkistanlı futbolçu ilə gücləndirdi - FOTO

1-ci Liqada mübarizə aparan “Karvan” heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, Premyer Liqaya iddialı Yevlax klubu Behzod Xolikulovu düşərgəsinə cəlb edib.
Özbəkistanlı müdafiəçi mövsümün sonunadək Aran təmsilçisinin formasını geyinəcək.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Behzod son olaraq ölkəsinin “Soqdiana” klubunda oynayıb.
Qeyd edək ki, Kənan Kərimovun baş məşqçisi olduğu "Karvan" 30 xalla 2-3-cü yerləri bölüşür.