Azərbaycan klubunun baş məşqçisi yenə 5 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi 2-ci Liqada yarışan “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynovu 5 oyunluq cəzalandırıb.
“Mediasport” xəbər verir ki, buna çalışdırıcının 21-ci turun “Füzuli” ilə matçı bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alması və hakimləri təhqir və təhdid etməsi səbəb olub.
Mütəxəssisin hərəkətinə görə Ağdaş təmsilçisi 400 manat da cərimə ödəyəcək.
Qeyd edək ki, məşqçi ötən il də "Kür-Araz"la qarşılaşmada analoji hərəkətinə görə 5 matçlıq cəza almışdı.