Azərbaycan çempionu olan klub millimizin sabiq üzvü ilə anlaşdı

Azərbaycan çempionu olan klub millimizin sabiq üzvü ilə anlaşdı

2025-26 mövsümünə hazırlığını davam etdirən AFFA Region Liqasının qalibi "Xankəndi" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Qarabağ klubu 26 yaşlı qapıçı Şahin Zəkiyevi heyətinə cəlb edib.

Qolkiper karyerası ərzində "İnter" və "Keşlə" (indiki "Şamaxı"), "Səbail", "Araz-Naxçıvan", "Baku Sportinq", "Sokol Slopniçe" (Polşa) klublarında forma geyinib.

O, Azərbaycan milli komandalarının (U-21, U-19, U-17) heyətində də çıxış edib.

Xatırladaq ki, komanda yeni mövsümdə Azərbaycan 2-ci Liqasında mübarizə aparacaq.