"Xankəndi"nin ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi

2025-26 mövsümündə Azərbaycan 2-ci Liqasında debüt edəcək "Xankəndi"nin ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
"Mediasport" xəbər verir ki, komanda rəqiblərini müvəqqəti olaraq "Neftçi" Təlim-Məşq Mərkəzinin 4-cü meydançasında qəbul etməyi planlaşdırır.
Buna səbəb Xankəndi şəhər stadionunda əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsidir.
Xatırladaq ki, Qarabağ klubu 2024-25 mövsümündə AFFA Region Liqasının qalibi olub.