Azərbaycan Kubokunda 1/4 finalın cütləri müəyyənləşdi

Azərbaycan Kubokunda 1/4 finalın cütləri müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yarımfinal uğrunda mübarizə aparacaq kollektivlərin hamısı Premyer Liqa təmsilçiləri olacaqlar.

Raundun ilk görüşləri 2026-cı il fevralın 3-4-də, cavab oyunları isə martın 3-4-də təşkil olunacaq.


Azərbaycan Kuboku. 1/4 final


"Turan Tovuz" - "Kəpəz"

"Zirə" - "Sumqayıt"

"Şamaxı" - "Qarabağ"

"Sabah" - "Qəbələ"