Premyer Liqada oynayacaq komanda kapitanı ilə vidalaşdı

 Premyer Liqada oynayacaq komanda kapitanı ilə vidalaşdı

"Karvan" daha bir futbolçusu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, aranlılar kapitan Müşviq Teymurovla vidalaşıblar.

Müdafiəçi ilə başa çatan müqavilənin uzadılmaması qərara alınıb.

Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsüm bölgə təmsilçisində 45 oyun keçirib və “Karvan”ın kapitanlarından olub.

Qeyd edək ki, Yevlax klubu onadək Emil Qasımov, Ezekiel Morqan, İzzət Müştaqov və Elvin İsmayılovla əməkdaşlığı sona çatdırıblar.