Azərbaycan çempionatında yeni mövsümdə 12 komanda yarışacaq

 Azərbaycan çempionatında yeni mövsümdə 12 komanda yarışacaq

2026/2027-ci illər mövsümündə minifutbol üzrə Azərbaycan çempionatında 12 komanda mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, bu barədə məlumat turnirin püşkatma mərasimində açıqlanıb.

Bildirilib ki, liqada "Zirə", "Aznur", "Birbaşa Bakı", "Atəşgah Suraxanı", "Buxar" ("Sumqayıt"), DİN (Daxili İşlər Nazirliyi), "Lənkəran", U-23 yığması, "Qalaksi", "Lerik Əvilə", "Siyəzən" və "Star" (Bakı) klubları yarışacaqlar.

Birincilikdə ilk dəfə pley-off sistemi tətbiq olunacaq. Burada altı komanda iştirak edəcək.

Liqa mərhələsində birinci və ikinci yerləri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Əsas mərhələ iki dövrədən ibarət olacaq. Liqa mərhələsi bitən kimi Naxçıvan təmsilçisi yarışa qoşulacaq və altıncı yeri tutan kollektivlə bir oyunda üz-üzə gələcəklər.

Yeni mövsümün ilk tur görüşləri 4-5 noyabr tarixlərində keçiriləcək.


Minifutbol üzrə Azərbaycan çempionatı. 1-ci tur


“AzNur” - DİN

“Siyəzən” - “Star Bakı”

U-23 - “Lerik Əvilə”

“Zirə” - “Buxar” (Sumqayıt)

“Qalaxy” - “Birbaşa Bakı”

“Atəşgah Suraxanı” - “Lənkəran”