İsa Hüseynovdan Avropa birinciliyində 3 bürünc medal

İsa Hüseynovdan Avropa birinciliyində 3 bürünc medal

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Hüseynov Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 bürünc medal qazanıb.

"Mediasport" xəbər verir ki, birdən qaldırma hərəkətində 93 kq çəkini başı üzərinə qaldıran idmançımız yarışın bürünc mükafatını əldə edib.

Hüseynov 60 kq çəki dərəcəsində təkanla qaldırma növündə 116 kq ağırlığın öhdəsindən gələrək yenə ən güclü üçlüyü tamamlayıb.

Beləliklə iki hərəkətin cəmində 209 kq nəticə göstərən atlet toplamda da Avropa birinciliyinin bürünc medalına sahib olub.