2024/2025 mövsümünün püşkü atıldı - Azərbaycan Kuboku

 2024/2025 mövsümünün püşkü atıldı - Azərbaycan Kuboku

Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkü atılıb.

"Mediasport" xəbər verir ki, 2024/2025-ci illər mövsümü aprelin 26-da start götürəcək.

Olimpiya sistemi ilə təşkil olunacaq yarış 1/4 final mərhələsindən başlanacaq.

2023/24 mövsümündə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandaları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq.

Bu raund mayın sonlarında baş tutacaq.

Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası kubok uğrunda yarışacaq.


Azərbaycan kuboku


Qadınlar

1/4 final

26 aprel

“Bakı” – “İdman Akademiyası”

27 aprel

“Təhsil” – “Qarabağ”


Kişilər

1/4 final

26 aprel

“Gənclər Birliyi” – “Dinamo”

“İdman Akademiyası” – “Təhsil”

U-17 – “Kür”