Həndbol üzrə beynəlxalq turnirdə yarışacaq komandalar açıqlandı

  Həndbol üzrə beynəlxalq turnirdə yarışacaq komandalar açıqlandı

Avqustun 30-dan sentyabrın 3-dək Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

"Mediasport" xəbər verir ki, "AHF Arena"da başlanacaq ənənəvi yarışda kişilərdən ibarət 6  komanda iştirak edəcək.

OKMK (Özbəkistan), "Kür" (Azərbaycan) və "Astana" (Qazaxıstan) A qrupunda, Qazaxıstan millisi, "Bakı" (Azərbaycan) və "Qarabağ" (Azərbaycan) B qrupunda mübarizə aparacaq.

Qrup oyunlarından sonra ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər.