Ağakişi qardaşları Avropa Kubokunda iş başında olacaqlar
Beynəlxalq həndbol hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları növbəti dəfə Avropa Həndbol Federasiyasından təyinatlar alıblar.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçiləri kişilər arasında Avropa Kubokunda iş başında olacaqlar.
Onlar üçüncü mərhələnin "Nilüfer Bələdiyyəspor" (Türkiyə) - "Red Boys" (Lüksemburq) matçında hakimlik edəcəklər.
Görüş noyabrın 16-da Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman Kompleksində baş tutacaq.
