İsgəndər Əsədov "Beşiktaş"ın avrokubok matçına təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis kişi həndbolçuların Avropa Kuboku turnirinin 1/8 final mərhələsinin “Beşiktaş” - “Runar Sanderyord” görüşünün EHF nümayəndəsi olacaq.
Qarşılaşma fevralın 22-də İstanbulda keçiriləcək.