Azərbaycan Kubokunun final oyununun yeni tarixi açıqlandı

Azərbaycan Kubokunun final oyununun yeni tarixi açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib.

"Mediasport" xəbər verir ki, Peşəkar Futbol Liqası yeni tarixi açıqlayıb.

Həlledici görüş əvvəlcədən müəyyən olunduğu kimi iyunun 1-də yox, mayın 31-də baş tutacaq.

Buna səbəb iyunun 1-də Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının final matçının təşkil olunacağıdır.

Azərbaycan Kubokunun final matçı öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.