Hakimlər Komitəsi seminar üçün "Neftçi"yə Məmmədovu göndərdi

"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
"Mediasport" xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.
Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.