"Neftçi"nin bu qış transfer etmək istədiyi ilk futbolçu məlum oldu
Qış hazırlığına start verən “Neftçi”nin heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Danilo Beskorovaynıy ilə güclənmək istəyirlər.
Paytaxt təmsilçisi “Polessye”də forma geyinən ukraynalı mərkəz müdafiəçisi ilə yeni baş məşqçi Yuri Vernidubun təqdimatı əsasında təmasa keçiblər.
Bu mövsüm zədə səbəbindən cəmi 6 matç keçirmiş 26 yaşlı Danilonun transfer dəyəri 600 min avrodur.
Jitomir klubu ilə 2027-ci ilin yayına qədər anlaşması olan futbolçu Litva, Slovakiya və Qazaxıstanda legioner həyatı yaşayıb.
O, 2023-2024-cü illər mövsümündə “Krivbass”da məhz həmyerlisinin rəhbərliyi altında oynayıb.
