Azərbaycan milli komandası Bakıda Tacikistanla görüşəcək

Azərbaycan milli komandası Bakıda Tacikistanla görüşəcək

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq.

Oyun "Palms Sports Arena"da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.