Mahir Emreli: "Bizim işimiz verilən tapşırıqları yerinə yetirməkdir"

Mahir Emreli: "Bizim işimiz verilən tapşırıqları yerinə yetirməkdir"

"Hər iki komandanı gərgin matç gözləyir. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayırıq".

"Mediasport" xəbər verir ki, bu sözləri Polşanın "Rakuv" klubunda çıxış edən Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.

29 yaşlı forvard UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Hammarbü" ilə bu axşam İsveçdə keçiriləcək cavab oyunu haqda fikirlərini bölüşüb.

O, yeni qoşulduğu komandaya xeyir vermək üçün əlindən gələni edəcəyini bildirib:

"Bizim işimiz yaxşı məşq etmək və verilən tapşırıqları yerinə yetirməkdir. Meydanda və ondan kənarda nizam-intizam vacibdir.

Hər şeyin doğru istiqamətdə getdiyini bilirsinizsə, nəticələr də gələcək".

Xatırladaq ki, komandalar arasında ötən həftə Polşada keçirilən ilk qarşılaşmada qapılara qol vurulmayıb.