Nəriman Axundzadə üçün 90 dəqiqə: Kubokda 1/4 finala çıxdılar
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolumbus Kryu" komandasının heyətində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, hücumçu ölkə kubokunun 1/8 finalı çərçivəsində "Uan Noksvill" komandası ilə görüşdə şans qazanıb.
Forvard 90 dəqiqə meydanda olub, "Kolumbus Kryu" böyükhesablı qələbə əldə edib - 4:1.
Beləliklə, Nərimanın komandası adını 1/4 finala yazdırıb.
Xatırladaq ki, gənc futbolçu ABŞ-nin MLS klubu ilə bu ilin fevralında müqavilə bağlayıb.
