U-20 millimiz Qəbələ stadionunda Pakistan yığması ilə qarşılaşacaq

U-20 millimiz Qəbələ stadionunda Pakistan yığması ilə qarşılaşacaq

Bu gün Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası ilk yoxlama matçını keçirəcək.

"Mediasport" xəbər verir ki, yığmamız Pakistandan olan həmyaşıdları ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 17:30-da başlanacaq.

Qeyd edək ki, yeni formalaşan seçməmiz gələn il Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə reallaşacaq dünya çempionatına hazırlaşır.