Azərbaycan millisi “AGF Trophy” yarışında gümüş medal qazandı

 Azərbaycan millisi “AGF Trophy” yarışında gümüş medal qazandı

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri keçirilir.

"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə böyüklərin komanda yarışında mükafatçılar müəyyənləşib.

Azərbaycan yığması 15 ölkədən gimnastların mübarizə apardığı turnirdə yalnız AİN komandasından geri qalaraq gümüş medal qazanıb.

Üçüncü yeri Qırğızıstan millisi tutub. Yarış sabah yekunlaşacaq.