Millimiz ABŞ və İtaliya yığmalarını geridə qoyub çempion oldu
Azərbaycanın bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə daha bir uğur qazanıblar.
"Mediasport" xəbər verir ki, idmançılarımız bu dəfə komanda hesabında fərqləniblər.
Gənclər arasında Azadə Atakişiyeva və Nuray Muradlı cütlüyü 94,000 xalla çempion olub.
Komandamız ABŞ və İtaliya gimnastlarını geridə qoyub.
Xatırladaq ki, daha əvvəl topla fərdi proqramda Azadə Atakişiyeva 25,500 xalla qızıl, Gövhər İbrahimova isə 25,900 xalla gümüş mükafat əldə etmişdi.


