Azərbaycan millisi Avropa çempionatı matçında 4 top buraxdı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan komandamız Şimali İrlandiya yığması ilə qarşılaşıb.
Futbolçularımız böyük hesabla məğlub olublar. Raundun görüşləri Albaniyada təşkil olunur.
Qrupumuzda yer alan Monteneqro və meydan sahibi Albaniya Elbasani şəhərində üz-üzə gələcəklər.
Həbib Ağayevin baş məşqçisi olduğu U-19 fevralın 21-də Albaniya, 24-də isə Monteneqro ilə münasibətlərini aydınlaşdıracaq.
Qeyd edək ki, qitə birinciliyinin final mərhələsi 15-27 iyun aralığında Polşada reallaşacaq.
AVRO-2025. II seçmə mərhələ. B Liqası, 4-cü qrup, 1-ci tur
Şimali İrlandiya - Azərbaycan 4:0
Baş hakim: Roksana Rekorean (Rumıniya)
Albaniya, Tirana, “House of Football Natural Pitch” stadionu.