Daha bir biabırçı məğlubiyyət - Farer adalarından yığmamıza 6 qol

Daha bir biabırçı məğlubiyyət - Farer adalarından yığmamıza 6 qol

Azərbaycan qadın futbolçulardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu - üçüncü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan komandamız "cırtdan ölkə" - Farer adaları futbolçuları ilə qarşılaşıb.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən matç komandamızın növbəti böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 1:6.

Qrupu sonuncu pillədə başa vuran yığmamız daha əvvəl Sloveniyaya 0:3, Belçikaya isə 0:11 hesabları uduzub.