Azərbaycan yığma komandasının üzvü Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.
"Mediasport" xəbər verir ki, yığmamızın üzvü 6 mərhələnin yekunlarına əsasən halqalar üzrə birinci yeri tutub.
Qeyd edək ki, Simonov bu il Dünya Kubokunun Bakı mərhələsində də rəqib tanımayıb, Kottbus (Almaniya), Osyek (Xorvatiya) və Antalyada (Türkiyə) isə ikinciliklə kifayətlənib.