Gimnastlarımız 3 medal qazandı

Gimnastlarımız 3 medal qazandı

Azərbaycan gimnastları Rusiyada keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə iştirak edib.

"Mediasport" xəbər verir ki, Sankt-Peterburqda baş tutan yarışda Tofiq Əliyev böyüklər arasında qızıl medal qazanıb.

Mixail Malkin fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Gənclərin mübarizəsində isə Sənan Rzazadə gümüş medalla mükafatlandırılıb.