Bakıdakı dünya çempionatında 10 milli komanda mübarizə aparacaq
Binə Atçılıq Mərkəzi dörd qitəni təmsil edən 10 komandanın mübarizə aparacağı çövkən üzrə dünya çempionatına ev sahibliyi edəcək.
"Mediasport" xəbər verir ki, Azərbaycanın qədim milli atüstü oyunu olan çövkən bu mötəbər turnir vasitəsilə zəngin atçılıq ənənələrimizin və mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də çövkənin qlobal idman brendi kimi inkişafına mühüm töhfə verəcək.
Bu günlərdə dünya idman ictimaiyyətinin diqqəti Bakıya yönələcək, azarkeşlərin qəlbi isə Azərbaycan milli komandasının yanında olacaq.
Çempionatın açılış günündə - 7 iyunda saat 16:00-da Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gələcəklər.
Saat 17:00-da Nigeriya və Uruqvay, saat 18:00-da Türkiyə və Polşa komandaları meydana çıxacaqlar.
Çempionat 7-13 iyun tarixlərində baş tutacaq.


