Azərbaycan millisinin baş məşqçisi 1-ci Liqanın mərkəzi oyununda

Azərbaycan millisinin baş məşqçisi 1-ci Liqanın mərkəzi oyununda

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov 1-ci Liqada 6-cı turun "Şahdağ Qusar" - "Səbail" oyununu izləyib.

"Mediasport" xəbər verir ki, mərkəzi qarşılaşma Binə qəsəbə stadionunda keçirilib.

Yığmamızın çalışdırıcısını A millinin direktoru İlqar Qurbanov müşayiət edib.

Görüş qusarlıların minimal hesablı qələbəsi ilə yekunlaşıb, yeganə qol 50-ci dəqiqədə vurulub.