"Qarabağ"dan 15 futbolçu milli komandalara dəvət aldılar
"Qarabağ"ın futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar.
"Mediasport" xəbər verir ki, Ağdam klubundan ümumilikdə 15 oyunçu yığmanın düşərgəsinə yollanır.
Legionerlərdən Marko Yankoviç Monteneqro, Bençe Varkonyi Macarıstan, Martin Zlomisliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik, Aleksey Kaşşuk Ukrayna və Reda Xadra Livan millilərinə çağırılıb.
Kaşşuk və Xadra karyeralarında ilk dəfə ölkələrinin əsas yığmalarına qoşulacaq.
"Atlılar"ın yerlilərindən isə Bədavi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev A millidə, Teymur Həsənov U-21, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı U-20-nin heyətində olacaq.

