"Turan Tovuz"da xroniki zədəsi olan futbolçu məcbur oynayır

"Turan Tovuz"da xroniki zədəsi olan futbolçu məcbur oynayır

"Turan Tovuz"da sular durulmaq bilmir.

Qərb təmsilçisindən redaksiyamıza ilginc məlumat daxil olub.

Səhih informasiyaya görə, baş məşqçi Kurban Berdiyev və komanda bu yay İbrahima Vaci ilə rəsmən vidalaşıb.

Səbəb heyətə 2025-ci ilin yanvarında cəlb olunan seneqallı hücumçda xroniki zədənin aşkarlanması olub.

Baş sponsor Ehtiram Quliyevi aldadan yaxınları və klubla işbirilyində olan dəllal menecerlər rəhbərliyə daha sanballı forvard vəd ediblər.

Bir neçə hücumçu ilə danışıqlar aparılıb, heç bir variant alınmayınca əlacsız baş məşqçi Vacini düşərgədə saxlamağa məcbur olub.

Afrikalının 27 oyunda cəmi 2 qol vurması təsadüfi deyil. O, xroniki zədə ilə məşğuldur, məşqlərdə də düz-əməlli iştirak etmir.

Xatırladaq ki, Vaci daha əvvəl - 2021/2022-ci illər mövsümündə "Qarabağ"ın heyətində 16 matçda 11 qolla yadda qalıb.

Daha sonra Fransanın "Sent-Etyenn" klubuna transfer olunan futbolçunun enişi bundan sonra başlayıb.

Mediasport.com.az