Federasiyanın adı dəyişdirildi

 Federasiyanın adı dəyişdirildi

Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) yeni loqosunun təqdimat mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbir "Mingəçevir Reqatası-2026" beynəlxalq reqatasının Füzuli şəhərində startından əvvəl baş tutub.

Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) adı altında fəaliyyət göstərəcək.

Yelkən və balıqçılıq idmanı növləri də bu quruma əlavə edilib.

Həmçinin AZSİF-in yeni saytı ictimaiyyətə təqdim olunub.