Azərbaycan millisinin sabiq üzvü 2-ci Liqa klubunda forma geyinəcək

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Cavid İmamverdiyevin yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi "Şəki"yə keçib.
Cavid karyerası ərzində "Neftçi", "Sumqayıt", "Kəpəz" kimi klublarda çıxış edib.
Bununla yanaşı, "Şəki" müdafiəçi Elvin Dəmirovu, qapıçı Qurban Məhərrəmovu və hücumçu Nurlan Novruzovu da heyətinə cəlb edib.
“Şəki” yeni mövsümdə II Liqada mübarizə aparacaq.