Fevral ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Fevral ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında fevral ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, qalib adını qazanmış "Qusar"ın hücumçusu Eşqin Tağıyev mükafatını 22-ci turun "Lerik"lə matçından əvvəl alıb.

Ona hədiyyəni Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.