Azərbaycan yığma komandası 20 il əvvəlki antirekordunu təkrarladı

Azərbaycan yığma komandası 20 il əvvəlki antirekordunu təkrarladı

2025-ci ili qələbəsiz başa vuracağı dəqiqləşən futbol üzrə Azərbaycan millisi 2025-ci ildəki antirekordunu təkrarlayıb.

"Mediasport" xəbər verir ki, yığmamız 20 il əvvəl də il ərzində qalibiyyət üzü görməmişdi.

Başa çatmaqda olan il ərzində ümumilikdə 10 görüş keçirən komandamız 8 matçda uduzub, 2 dəfə heç-heç edib.

Milli son dəfə 2005-ci ildə meydana çıxdığı 11 qarşılaşmanın 9-da məğlub olmaqla, 2-də "sülh" bağlamışdı.

Xatırladaq ki, bu il Ukrayna (DÇ-2026, 1:1) və Latviya (YO, 0:0) yığması ilə bərabərə qalmış futbolçularımız Fransa (DÇ-2026, 0:3, 1:3), Ukrayna (DÇ-2026, 1:2), İslandiya (DÇ-2026, 0:5, 0:2), Macarıstan (YO, 1:2), Belarus (YO, 0:2) və Haitiyə (YO, 0:3) yeniliblər.