Azərbaycan yığmasının üzvü Çexiyada bürünc medal qazandı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqada keçirilən "International Challenge" kateqoriyalı "Czech Open" beynəlxalq turnirində uğurlu nəticə əldə edib.
"Mediasport" xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verən idmançı yarışı bürünc medalla başa vurub.
Təmsilçimiz finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub - 0:2 (14:21, 17:21).