Tarixi vərəqləyib "Qarabağ"la əvvəlki oyunları yada saldılar

Tarixi vərəqləyib "Qarabağ"la əvvəlki oyunları yada saldılar

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Niderlandın "Tvente" klubunun rəsmi saytı komandalar arasında əvvəlki oyunları yada salıb.

"Mediasport" xəbər verir ki, materialda tərəflərin ilk görüşündən 17 il ötdüyünü, komandaların bir-birinə yaxşı tanış olduğu vurğulanıb.

Bildirilib ki, bu kollektivlər iki avrokubok mövsümündə üz-üzə gəliblər:

"Tvente" Azərbaycan klubu ilə yaxşı tanışdır. Bu komandalar Avropa yarışlarında üçüncü dəfə qarşılaşacaqlar. Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq.

Elə həmin il ilk matç da “Qrols Veste” stadionunda baş tutmuşdu. "Qarabağ" 0:1 hesabı ilə irəlidə olsa da, Brayan Ruizin dublu və Duqlasın qolu "Tvente"nin 3:1 hesablı qələbəsini təmin etmişdi.

Bir həftə sonra Azərbaycandakı matç 0:0 hesabı ilə başa çatdı və "Tvente" Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etdi.

2014-cü ilin avqust ayında püşkatma yenidən "Tvente" və "Qarabağ"ı rəqib etdi. Bu dəfə ilk görüş Bakıda baş tutdu. Evdə qolsuz heç-heçədən sonra cavab matçı "Qrols Veste"də 1:1 hesabı ilə başa çatdı. Azərbaycanlılar qrup mərhələsinə səfər qolu üstünlüyü ilə yüksəldilər".

Yazıda “Tvente” ilə "Qarabağ"ın Avstriyada yoxlama matçlarında da qarşılaşdığı vurğulanıb - (2:3, 2:1).

Xatırladaq ki, Ağdam klubu avqustun 20-də ilk oyununu səfərdə keçirəcək, tərəflər arasında cavab dueli avqustun 27-də Bakıda baş tutacaq.