Çempionlar Liqasında "Qarabağ"ın mümkün rəqiblərinin sayı azaldı

UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ"ın II təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.
"Mediasport" xəbər verir ki, UEFA bu gün saat 14:00-da keçiriləcək püşkatmadan öncə iştirakçıları qruplara bölüb.
Səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi üçüncü qrupda qərarlaşıb.
Beləliklə, Qurban Qurbanovun komandası I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək.