Cahangir Fərəcullayev Belçikada

 Cahangir Fərəcullayev Belçikada

AFFA rəhbərliyi UEFA-nın Belçikanın paytaxtı Brüsseldə keçirilən 50-ci Konqresinə qatılıb.

"Mediasport" xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov iştirak edirlər.

Xatırladaq ki, Belçikada bu axşam UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov da iştirak edəcəklər.