Tünzalə Ağayeva Azərbaycan çempionu olan kluba himn yazdı
Qadın voleybolçular arasında Yüksək Liqanın son qalibi "Turan" üçün himn yazılıb.
"Mediasport" xəbər verir ki, mahnını Xalq artisti Tünzalə Ağayeva bəstələyib.
Tovuzdan olan müğənni bununla komandaya dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, bu mövsüm Azərbaycanı CEV Çempionlar Liqasında təmsil edəcək "Turan" ilk mərhələdə Xorvatiyanın "Mladost" klubu ilə qarşılaşacaq.
Görüşlər oktyabrın üçüncü ongünlüyündə baş tutacaq.

