"Qarabağ"ın sabiq üzvünün xanımı göz yaşları içində paylaşdı - FOTO

"Qarabağ"ın sabiq üzvünün xanımı göz yaşları içində paylaşdı - FOTO

“Qarabağ”a təşəkkür etməyə bilmərəm. Hər şeyə görə minnətdaram. Uğurlar! Sizin üçün darıxacağıq”.

"Mediasport" xəbər verir ki, bu fikirlər "Qarabağ"dan ayrılan Riçard Almeydanın xanımı Kamila Pamelaya məxsusdur.

Karyerasını vətənində davam etdirən braziliyalı futbolçunun həyat yoldaşı instaqram səhifəsində paylaşım edib.

O, Azərbaycana, Azərbaycan xalqına və "Qarabağ" ailəsinə təşəkkürlərini çatdırıb, video paylaşımında kövrəlib:

“Evimlə necə vidalaşım? Bəli, bu 11 il ərzində Azərbaycan bizim evimizə çevrildi, burada çoxlu sevincli anlarımız, imtahanımız, nailiyyətlərimiz, qələbələrimiz oldu.

Onlar bizə yetkinləşməyə kömək etdi. Qızlarımın böyüdüyü, gözəl uşaqlıq illərinin keçdiyi, sədaqətli dostlar qazandığımız ölkə.

Bu cür xalqla tanış olduğumuz üçün Allaha nə qədər minnətdar olsam, azdır.

Hər şeyə görə şükürlər olsun. Tanrım, mənə bu məkanı tanıyıb yaşamağa imkan verdiyin, bizə göstərilən sonsuz sevgi və hörmətə görə təşəkkürlər.

Təşəkkürlər Azərbaycan, səni hər gün sevdim…"

Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə “Qarabağ”da çıxış edən Almeyda 376 oyunda 64 qol vurub.

Yarımmüdafiəçi Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib.

Azərbaycan millisinin sabiq üzvü 9 dəfə ölkə çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub.

2017-2023-cü illərdə yığmamızın heyətində 31 oyun keçirib, 3 qol vurub.