Hacı Abdullah Zubir - "Qarabağ"ın kapitanı Ümrə ziyarətinə yollandı

Hacı Abdullah Zubir - "Qarabağ"ın kapitanı Ümrə ziyarətinə yollandı

“Qarabağ”ın kapitanı Abdullah Zubir Həcc ziyarətinə gedib.

"Mediasport" xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fasilədən istifadə edən Mərakeş əsilli fransalı Ümrə üçün Səudiyyə Ərəbistanına yola düşüb.

Yarımmüdafiəçi Azərbaycana Məkkədə yerləşən ibadətgahı ziyarət etdikdən sonra qayıdacaq.

2018-ci ildən Ağdam klubunda forma geyinən vinger səfər fotosunu sosial şəbəkə hesabında paylaşıb.