46 yaşlı Ronaldinyo 11 ildən sonra peşəkar futbola geri qayıtdı

46 yaşlı Ronaldinyo 11 ildən sonra peşəkar futbola geri qayıtdı

Dünya futbolunun əfsanələrindən sayılan Ronaldinyo 11 ildən sonra yenidən peşəkar futbola qayıdıb.

"Mediasport" xəbər verir ki, 46 yaşlı braziliyalı İtaliyanın C Seriyası təmsilçisi “Ravenna” klubunun heyətində debüt edib.

O, B qrupunda “Forli” ilə qarşılaşmada start heyətində meydana çıxıb və komandası qələbə qazanıb - 2:0.

45 dəqiqə oynayan "Ronni" ilk qolun təşkilində iştirak edib.

Qeyd edək ki, dünya çempionu peşəkar karyerasını 2015-ci ildə “Fluminense”də başa vurmuşdu.