Pelenin DÇ finalında geyindiyi forma 4,88 milyon dollara satıldı!

Pelenin DÇ finalında geyindiyi forma 4,88 milyon dollara satıldı!

Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərracda fantastik qiymətə satılıb.

"Mediasport" xəbər verir ki, "futbol kralı"nın geyiminə 4,88 milyon dollar ödənilib.

Dünya futbulunun unudulmaz siması həmin forma ilə finalda İsveç yığmasının qapısına 2 qol vurub.

"Sambaçılar" 5:2 hesablı qələbə qazanaraq tarixlərində ilk dəfə Dünya Kubokunun qalibi olublar.

Qeyd edək ki, Pele tarixdə 3 dəfə dünya çempionu olmuş və Dünya Kubokunda ən gənc yaşda (17 yaş 249 günlük) qol vurmuş yeganə futbolçudur.

O,2022-ci ildə 82 yaşında dünyasını dəyişib.